4 iyul 2026. Şənbə

Yannik Sinner Uimbldonda 1/8 finala yüksəldi


  • Offside
  • 23:23 03.07.2026
  • Oxunma sayı: 47
Yannik Sinner Uimbldonda 1/8 finala yüksəldi

Dünya reytinqinin bir nömrəsi Yannik Sinner Uimbldon-2026 turnirində 1/8 finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, italiyalı tennisçi üçüncü mərhələdə dünya reytinqində 81-ci pillədə qərarlaşan ABŞ təmsilçisi Censon Bruksbini 6:4, 6:3, 6:4 hesabı ilə məğlub edib.

2 saat 13 dəqiqə davam edən qarşılaşmada Sinner 13 dəfə topu qəbul edilməz şəkildə oyuna daxil edib, iki qoşa səhvə yol verib və qazandığı 10 breyk imkanından beşini dəyərləndirib.

Bruksbi isə üç dəfə topu qəbul edilməz şəkildə oyuna daxil edib, dörd qoşa səhvə yol verib və beş breyk imkanından ikisini reallaşdırıb.

Yannik Sinner 1/8 final mərhələsində dünya reytinqində 151-ci pillədə yer alan yaponiyalı Şintaro Moçizuki ilə qarşılaşacaq.

Qeyd edək ki, italiyalı tennisçi Uimbldonun son çempionudur. O, ötən il keçirilən finalda dünya reytinqinin ikinci pilləsində qərarlaşan ispaniyalı Karlos Alkarası 4:6, 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edərək titul qazanmışdı.







Offside