- Offside
- 00:04 04.07.2026
Fransa Basketbol Liqası rəhbərliyi "Monako" klubunun 2026/2027 mövsümündə yarışlara buraxılmadığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, buna səbəb klubun turnirdə iştirak üçün tələb olunan maliyyə təminatını təqdim etməməsidir.
Qərara əsasən, maliyyə zəmanətinin olmaması səbəbindən "Monako" nə yüksək liqada, nə də ikinci liqada çıxış edə biləcək.
Klub artıq Fransa Basketbol Federasiyasına apellyasiya şikayəti təqdim edib. Lakin "Monako" 2026-cı il iyulun 20-dək maliyyə təminatı ilə bağlı plan təqdim etməlidir.
Məlumata görə, klubun üzləşdiyi problemlər komandanın sahibi Aleksey Fedorıçevin maliyyə vəsaitlərinin Avropa sanksiyaları səbəbindən dondurulması ilə əlaqədardır.