18 avqust 2026. Çərşənbə axşamı

Novak Cokoviç Uimbldonda növbəti mərhələyə yüksəldi


  • Offside
  • 00:02 04.07.2026
  • Oxunma sayı: 196
Novak Cokoviç Uimbldonda növbəti mərhələyə yüksəldi

Böyük Dəbilqə turnirlərinin 24 qat çempionu Novak Cokoviç Uimbldonda dördüncü mərhələyə yüksəlib.

90deqiqe.Az xəbər verir ki, Londonda keçirilən turnirin beşinci oyun günündə serbiyalı tennisçi Artur Rinderkneşlə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada Cokoviç rəqibini 6:5, 6:4, 1:6 və 7:6 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Novak Cokoviç dördüncü mərhələdə Roman Safiullə qarşı mübarizə aparacaq.







Offside