- Offside
- 00:04 04.07.2026
Qadın tennisinin dünya reytinqində birinci pillədə qərarlaşan Arina Sabalenka Uimbldonda dördüncü mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, Londonda keçirilən mövsümün üçüncü Böyük Dəbilqə turnirinin beşinci oyun günündə belaruslu tennisçi Yelena Ostapenkonu sınağa çəkib.
Sabalenka rəqibini hər iki setdə 6:4 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Arina Sabalenka dördüncü mərhələdə Naomi Osaka ilə üz-üzə gələcək.