- Offside
- 20:46 04.07.2026
"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında uğurlu çıxışını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, Bakı təmsilçisi 1/4 final mərhələsində Uqanda yığması ilə qarşılaşıb.
Gərgin keçən görüş "Neftçi"nin 18:15 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan klubu turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.
"Neftçi" yarımfinal oyununu bu gün Bakı vaxtı ilə saat 21:50-də keçirəcək.
Qeyd edək ki, paytaxt təmsilçisi qrup mərhələsində Macarıstanı əlavə vaxtda 19:18, Slovakiyanı isə 21:14 hesabı ilə məğlub edərək A qrupunun lideri kimi pley-offa yüksəlmişdi.