4 iyul 2026. Şənbə

Tarixi uğura imza atan cüdo millimiz Vətənə qayıtdı


  • Offside
  • 14:59 04.07.2026
  • Oxunma sayı: 42
Tarixi uğura imza atan cüdo millimiz Vətənə qayıtdı

İspaniyada keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında tarixi nəticə göstərən Azərbaycan milli komandası Vətənə qayıdıb.

90deqiqe.Az xəbər verir ki, yığmanın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.

Qitə birinciliyində Azərbaycan cüdoçuları 2 qızıl, 3 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanaraq tarixi uğura imza atıblar. Bu nəticə ilə milli komanda ümumi komanda hesabında Avropa çempionatını ikinci pillədə başa vurub.

Çempionatda Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq) və Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi 81 kq) isə bürünc medala sahib çıxıblar.







Offside