5 iyul 2026. Bazar günü

"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi oldu


  • Offside
  • 00:40 05.07.2026
  • Oxunma sayı: 53
"Neftçi" Dünya Qadın Seriyasının Marsel mərhələsinin qalibi oldu

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında möhtəşəm uğura imza atıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin finalında Kanada yığmasını 15:9 hesabı ilə məğlub edərək Marsel mərhələsinin qalibi olub.

"Neftçi" pley-off mərhələsində əvvəlcə Uqanda millisini 18:15, daha sonra yarımfinalda meydan sahibi Fransa yığmasını 14:10 hesabı ilə üstələyərək həlledici görüşə yüksəlmişdi.

Qrup mərhələsini də lider kimi başa vuran Bakı klubu bütün rəqiblərini geridə qoyaraq çempionluğa yiyələnib.

Qeyd edək ki, turnirin ən dəyərli basketbolçusu (MVP) "Neftçi"nin və Azərbaycan millisinin üzvü Arika Karter seçilib.







Offside