- Offside
- 01:32 05.07.2026
Qazaxıstanlı tennisçi Aleksandr Bublik Uimbldon-2026 turnirində dördüncü mərhələyə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, dünya reytinqində 11-ci pillədə qərarlaşan Bublik üçüncü mərhələdə ABŞ təmsilçisi, reytinqin 19-cusu Frensis Tiafonu 4:6, 7:6 (7:5), 7:6 (13:11), 4:6, 6:3 hesabı ilə məğlub edib.
Beş set davam edən gərgin qarşılaşmadan qalib ayrılan qazaxıstanlı tennisçi 1/4 finala vəsiqə uğrunda daha bir amerikalı raketka - dünya reytinqinin yeddinci pilləsində qərarlaşan Teylor Fritslə qarşılaşacaq.