- Offside
- 19:03 05.07.2026
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mixeil Xergiani Cup 2026" beynəlxalq idman dırmanması turnirində Azərbaycan təmsilçiləri uğurlu çıxış ediblər.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə təsnifat mərhələsini uğurla başa vuraraq finala vəsiqə qazanıblar.
Məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında yarışan komandamız təsnifat mərhələsində yüksək nəticə göstərərək finalda mübarizə aparacaq ən güclü idmançılar sırasında yer alıb.
Qeyd edək ki, "Mixeil Xergiani Cup 2026" Gürcüstan Alpinizm Federasiyasının təşkil etdiyi beynəlxalq idman dırmanması turniridir. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistanın idmançıları iştirak edirlər. Reqlamentə əsasən, qadınlar və kişilər arasında təsnifat mərhələsində ilk səkkiz yeri tutan iştirakçılar final mərhələsinə yüksəlirlər.