5 iyul 2026. Bazar günü

"Lankaran Open 2026"nın qalibi bəlli oldu


  • Offside
  • 16:45 05.07.2026
  • Oxunma sayı: 22
"Lankaran Open 2026"nın qalibi bəlli oldu

"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən üçüncü yarış – "Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, bağlanış mərasimində Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qalibləri mükafatlandıraraq onlara gələcək yarışlarda uğurlar arzulayıblar.

Doqquz turdan ibarət A turnirində 7 xal toplayan Macarıstan təmsilçisi Sanan Sjugirov bütün rəqiblərini qabaqlayaraq festivalın qalibi olub. Eyni nəticə göstərən Hindistan şahmatçısı Mayank Çakraborti ikinci yeri tutub. Azərbaycanlı şahmatçı Şiroğlan Talıbov isə 6,5 xalla turniri üçüncü pillədə başa vurub.

A qrupunda ən yaxşı qadın şahmatçı adına Hindistan təmsilçisi Cera Dagariya layiq görülüb.

B turnirində isə İsmayıl Məmmədli birinci yeri qazanıb. Vüsal Əhmədov ikinci, Nihad Eynullayev isə üçüncü olub.

Festival çərçivəsində rapid və blits yarışlarının da qalibləri müəyyənləşib. Rapid turnirində Mayank Çakraborti (Hindistan), blits yarışında isə Ramtin Kakavand (İran) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, "Lankaran Open 2026" Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi "Azərbaycan Şahmat Turu" layihəsinin üçüncü mərhələsi olub. Layihənin növbəti yarışı Şamaxıda təşkil ediləcək.







Offside