- Offside
- 19:03 05.07.2026
Azərbaycan yığması iyulun 7-12-də Almaniyanın Kottbus şəhərində keçiriləcək velosiped idmanının trek növü üzrə gənclər və U-23 yaş kateqoriyaları arasında Avropa çempionatında mübarizə aparacaq.
90deqiqe.Az xəbər verir ki, milli komanda yarışa baş məşqçi Vladimir Buşanskiy və məşqçi Elçin Qasımovun rəhbərliyi altında yollanacaq.
Qitə birinciliyində Azərbaycanı ümumilikdə yeddi idmançı təmsil edəcək. Yarışın diqqətçəkən məqamlarından biri isə ölkəmizin tarixində ilk dəfə gənc qızlar arasında Avropa çempionatında iştirak etməsidir. Bu tarixi uğura Nəzrin İsbəndiyarova imza atacaq.
U-23 yaş kateqoriyasında Tural İsrafilov və Maksim Trendelyov, gənc oğlanlar arasında isə Çingiz İsayev, Nihad Xudoyev, Rəhim Nağıyev və Murad Nadirov medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycan təmsilçiləri Kottbus velodromunda uğurlu çıxış edərək ölkəmizə medal qazandırmağa çalışacaqlar.