5 iyul 2026. Bazar günü

Azərbaycan idman dırmanması millisi Tbilisidən iki medalla qayıdır


  • Offside
  • 17:59 05.07.2026
  • Oxunma sayı: 31
Azərbaycan idman dırmanması millisi Tbilisidən iki medalla qayıdır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Mixeil Xergiani Cup 2026" beynəlxalq idman dırmanması turniri Azərbaycan millisi üçün uğurla başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Alpinizm Federasiyasının idmançıları boulderinq növü üzrə yarışı bir gümüş və bir bürünc medalla tamamlayıblar.

Məşqçi Çingiz Tağızadənin rəhbərliyi altında yarışda iştirak edən Azərbaycan komandası iki kişi və iki qadın idmançı ilə təmsil olunub. Yığmanın bütün üzvləri təsnifat mərhələsini uğurla adlayaraq finala vəsiqə qazanıblar.

Qadınların yarışında Leyla Əhmədova fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medal əldə edib. Kişilərin mübarizəsində isə Nazim Yusifzadə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Gürcüstan Alpinizm Federasiyasının təşkilatçılığı ilə keçirilən "Mixeil Xergiani Cup 2026" turnirində Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan idmançıları iştirak ediblər. Yarışın final mərhələsində qadınlar və kişilər arasında təsnifatın ən güclü səkkiz iştirakçısı medal uğrunda mübarizə aparıb.







Offside