5 iyul 2026. Bazar günü

Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu


  • Offside
  • 19:03 05.07.2026
  • Oxunma sayı: 36
Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi "EuroBasket 2029"un ilkin seçmə mərhələsində son oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma VI tur çərçivəsində Bakı İdman Sarayında İrlandiya millisini qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma qonaq komandanın 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatının ilkin seçmə mərhələsində çıxışını məğlubiyyətlə başa vurub.







Offside