6 iyul 2026. Bazar ertəsi

Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurdu


  • Offside
  • 23:43 05.07.2026
  • Oxunma sayı: 30
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurdu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan yığması yarışın ikinci günündə 8 medal qazanaraq turniri ümumilikdə 9 medalla başa vurub.

81 kq çəki dərəcəsində çıxış edən Mehdi Abbasov və +100 kq-da mübarizə aparan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək Avropa Kubokunun qızıl medalına sahib olublar.

Cəsur İbadlı (81 kq), Canpolad Əliyev (100 kq) və Nərgiz Əhmədova (48 kq) gümüş, Süleyman Şükürov (90 kq), Davud Namazlı (100 kq) və Xədicə Qədəşova (57 kq) isə bürünc medal qazanıblar.

Xatırladaq ki, yarışın ilk günündə Əbil Yusubov (73 kq) fəxri kürsünün ikinci pilləsinə yüksələrək Azərbaycan millisinin ilk medalını əldə etmişdi.

Beləliklə, milli komanda Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Bu nəticə ilə Azərbaycan 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların yarışında isə birinci yeri tutub.







Offside