20 avqust 2026. Cümə axşamı

Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi oldu


  • Offside
  • 23:46 05.07.2026
  • Oxunma sayı: 103
Azərbaycan gimnastı Dünya Kuboku seriyasının qalibi oldu

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Mixail Malkin növbəti uğurunu əldə edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli gimnast Dünya Kuboku seriyasının qalibi adına layiq görülüb.

Bu uğur Malkinin mövsüm ərzində Dünya Kuboku mərhələlərində nümayiş etdirdiyi yüksək və stabil çıxışların nəticəsi olaraq rəsmiləşib.

Qeyd edək ki, Mixail Malkin tamblinq üzrə Azərbaycanın aparıcı idmançılarından biri hesab olunur və beynəlxalq arenada əldə etdiyi uğurlarla ölkə gimnastikasının nailiyyətlərinə mühüm töhfə verməyə davam edir.







Offside