- Offside
- 02:04 06.07.2026
Dünya reytinqinin bir nömrəsi, italiyalı tennisçi Yannik Sinner Uimbldon-2026 turnirində 1/4 final mərhələsinə yüksəlib.
90deqiqe.Az xəbər verir ki, Sinner dördüncü mərhələdə dünya reytinqində 151-ci pillədə qərarlaşan yaponiyalı Sintaro Moçizukini 6:3, 7:6 (7:0), 6:3 hesabı ilə məğlub edib.
2 saat 26 dəqiqə davam edən qarşılaşmada Yannik Sinner 15 eys vurub, üç ikiqat səhvə yol verib və qazandığı 12 breyk fürsətindən dördünü dəyərləndirib. Sintaro Moçizuki isə dörd eyslə yadda qalıb, üç ikiqat səhv edib və əldə etdiyi beş breyk imkanının heç birindən yararlana bilməyib.
Yannik Sinner Uimbldon-2026 turnirinin 1/4 final mərhələsində almaniyalı tennisçi Yan-Lennard Ştruffla üz-üzə gələcək.