- Offside
- 18:12 06.07.2026
Azərbaycanın çimərlik futbolu üzrə millisinin Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək heyəti müəyyənləşib.
90deqiqe.Az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Sahib Məmmədov qarşıdakı oyunlar üçün 11 futbolçuya dəvət göndərib.
Millinin heyətində qapıçılar Elçin Qasımov və Emil Omarov yer alıblar. Oyunçu siyahısına isə Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev və Mirmövsüm Caniyev daxil edilib.
Yığma bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışı keçəcək.
Qeyd edək ki, B Liqasının B qrupunda mübarizə aparacaq Azərbaycan millisi iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığması ilə qarşılaşacaq. Hər üç görüş Batumi çimərlik futbolu arenasında keçiriləcək.