6 iyul 2026. Bazar ertəsi

"Sumqayıt" klubu ağır itki ilə üzləşdi


  • Offside
  • 16:57 06.07.2026
  • Oxunma sayı: 30
"Sumqayıt" klubu ağır itki ilə üzləşdi

"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü, SSRİ idman ustası, "Tərəqqi" medallı əməkdar məşqçi Telman Salahov vəfat edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Sumqayıt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt futbolunun inkişafında mühüm xidmətləri olan Telman Salahov 89 yaşında dünyasını dəyişib.

Uzun illər Azərbaycan futboluna töhfə verən təcrübəli mütəxəssis həm məşqçi, həm də idman təşkilatçısı kimi fəaliyyət göstərərək ölkə futbolunda dərin iz qoyub.

Qeyd edək ki, Telman Salahov "Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının üzvü idi və şəhər futbolunun formalaşmasında əsas simalardan biri hesab olunurdu.







Offside