- Offside
- 18:12 06.07.2026
Azərbaycan rekordunu yeniləyən üzgüçü Cəmil Əliyev Azərbaycan Üzgüçülük Federasiyasında (ASF) qəbul olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində 13 saat fasiləsiz üzərək yeni rekorda imza atan Cəmil Əliyevə ASF-nin baş katibi Oqtay Atayev tərəfindən müvafiq sertifikat və federasiya adından xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Quba sakini olan Cəmil Əliyev bundan əvvəl də mart ayında 10 saat fasiləsiz üzərək Azərbaycan rekordu müəyyənləşdirmişdi.
Hər iki rekord Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən rəsmi şəkildə qeydə alınıb.