- Offside
- 18:12 06.07.2026
Azərbaycan idmançıları iyun ayında beynəlxalq yarışlarda uğurlu çıxış edərək ümumilikdə 284 medal qazanıblar.
90deqiqe.Az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov idmançılarla keçirilən görüş zamanı məlumat verib.
Nazirin sözlərinə görə, ötən ay Azərbaycan Himni dünyanın 24 ölkəsində səsləndirilib. İdmançılar müxtəlif beynəlxalq yarışlarda 108 qızıl, 81 gümüş və 95 bürünc medal qazanıblar.
Fərid Qayıbov həmçinin III Dünya Korporativ Oyunlarında 4 qızıl və 1 bürünc medal əldə edən Azərbaycan dövlət qurumlarının əməkdaşlarının çıxışını yüksək qiymətləndirərək, digər idmançıların uğurlarını da xüsusi qeyd edib.
Görüş zamanı müxtəlif idman növlərini təmsil edən idmançılar çıxış edərək iştirak etdikləri yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.