- Offside
- 01:16 07.07.2026
Qazaxıstanlı tennisçi, dünya reytinqinin 11-ci pilləsində qərarlaşan Aleksandr Bublik Uimbldon-2026 turnirində 1/4 finala yüksələ bilməyib.
90deqiqe.Az xəbər verir ki, dördüncü mərhələdə o, dünya reytinqinin yeddinci pilləsində yer alan amerikalı Teylor Fritsə 6:7 (1:7), 4:6, 4:6 hesabı ilə məğlub olub.
1 saat 41 dəqiqə davam edən qarşılaşmada Teylor Frits 23 eys vurub, bir ikiqat səhvə yol verib və qazandığı dörd breyk imkanından üçünü dəyərləndirib.
Aleksandr Bublik isə 13 eyslə yadda qalsa da, beş ikiqat səhv edib və əldə etdiyi üç breyk fürsətindən yalnız birindən yararlana bilib.
Teylor Frits 1/4 finalda Almaniya tennisçisi Aleksandr Zverevlə çexiyalı İrji Leheçka arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.