7 iyul 2026. Çərşənbə axşamı

"Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku"nun açılış mərasimi keçirildi


  • Offside
  • 10:55 07.07.2026
  • Oxunma sayı: 40
"Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku"nun açılış mərasimi keçirildi

Fransanın paytaxtı Parisdə "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku"nun rəsmi açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Xüsusi Olimpiya Komitəsi məlumat yayıb.

Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri iştirakçı komandaların paradı olub. Şarleti stadionunda keçirilən yürüş zamanı 23 ölkəni təmsil edən 324 futbolçu azarkeşlərin, ailə üzvlərinin, fəxri qonaqların, dövlət rəsmilərinin, könüllülərin və turnirin tərəfdaşlarının alqışları ilə qarşılanıb.

Açılış mərasimindən sonra turnirdə ilk oyunların həyəcanı yaşanıb. Azərbaycan yarışda qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) komandası ilə təmsil olunur. 11 nəfərlik milli B qrupunda Namibiya, ABŞ və Qvatemala yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, iyulun 11-dək davam edəcək mundialda 23 ölkədən 24 komanda – 12 kişi və 12 qadın kollektivi iştirak edir. Turnirin əsas məqsədi inklüziv idmanın inkişafına dəstək vermək, bərabər imkanları təşviq etmək və sosial inteqrasiyanı gücləndirməkdir.







Offside