7 iyul 2026. Çərşənbə axşamı

Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlandı


  • Offside
  • 12:16 07.07.2026
  • Oxunma sayı: 27
Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyəti açıqlandı

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün ilkin heyəti müəyyənləşib.

90deqiqe.Azxəbər verir ki, yığmanın baş məşqçisi Faiq Qarayev qitə birinciliyində iştirak edəcək 16 voleybolçunun adını açıqlayıb.

İlkin heyətdə Kristina Besman ("Omiçka", Rusiya), Raziyə Əliyeva ("DH Volley"), Natalya Solovyova ("Murov Az Terminal"), Polina Rəhimova ("GS Panionios", Yunanıstan), Yelizaveta Ruban ("Leninqradka", Rusiya), Marqarita Stepanenko (UNEC), Nərminə Musayeva ("Gəncə"), Ülkər Kərimova ("Turan"), İlhamə Əzimova ("Azərreyl"), Kseniya Pavlenko ("Milli Aviasiya Akademiyası"), Ayşən Abduləzimova ("Turan"), Aynur İmanova ("DH Volley"), Mariya Kirilyuk ("Yenisey", Rusiya), Yuliya Kərimova ("Turan"), Bəyaz Quluyeva ("DH Volley") və Ceyran İmanova ("DH Volley") yer alıblar.

Qeyd edək ki, Avropa çempionatında C qrupunun oyunlarına Azərbaycan ev sahibliyi edəcək. Yığmamız Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri ilə birlikdə mübarizə aparacaq.

Milli Gimnastika Arenasında keçiriləcək qrup mərhələsinin qarşılaşmaları avqustun 21-28-də baş tutacaq.







Offside