7 iyul 2026. Çərşənbə axşamı

Azərbaycan Voleybol Federasiyası yeni loqosunu təqdim etdi


  • Offside
  • 12:26 07.07.2026
  • Oxunma sayı: 44
Azərbaycan Voleybol Federasiyası yeni loqosunu təqdim etdi

Azərbaycan Voleybol Federasiyası (AVF) yeni korporativ loqosunu ictimaiyyətə təqdim edib.

90deqiqe.Az xəbər verir ki, təqdimat mərasimində federasiyanın yenilənmiş vizual kimliyi nümayiş olunub.

Bildirilib ki, müasir üslubda hazırlanan yeni loqotip Azərbaycan voleybolunun inkişafını, dinamizmini və gələcəyə yönəlmiş strategiyasını özündə əks etdirir. Sadə və yaddaqalan dizayn beynəlxalq səviyyədə asan tanınan korporativ üslub formalaşdırmaq məqsədi daşıyır.

Loqotipin mərkəzində voleybol topu təsvir olunub. Yuxarı istiqamətə uzanan dinamik xətlər inkişafı, yüksəlişi, qələbə əzmini və idmanın enerjisini simvolizə edir. Dizaynda istifadə olunan mavi, qırmızı və yaşıl rənglər isə Azərbaycan Bayrağının rənglərini əks etdirərək etibarlılıq, inkişaf, həyat və harmoniyanı ifadə edir.

Federasiyadan bildirilib ki, üçrəngli axıcı xətlər həmçinin hərəkəti, komanda ruhunu, voleybol topunun trayektoriyasını, federasiyanın davamlı inkişaf yolunu və ölkənin müxtəlif bölgələrindən olan idmançıların vahid məqsəd uğrunda birləşməsini simvolizə edir.

Qeyd edək ki, təqdimat zamanı Azərbaycan Voleybol Federasiyasının yenilənmiş rəsmi internet saytı da istifadəyə verilib.







Offside