- Offside
- 22:49 07.07.2026
Azərbaycanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatı ilə bağlı təqdimat mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbirdə "CEV EuroVolley 2026 Women" turnirinin qalibinə təqdim olunacaq kubok ictimaiyyətə nümayiş etdirilib.
Bununla yanaşı, çempionatın rəsmi maskotu və rəsmi oyun topu da ilk dəfə təqdim olunub. Ağ rəngin üstünlük təşkil etdiyi top qırmızı dalğavari zolaqlarla dizayn edilib. Onun üzərində Avropa Voleybol Konfederasiyasının (CEV) loqosu, "CEV EuroVolley 2026 Women" yazısı, eləcə də yarışın ev sahibləri olan Azərbaycan, Türkiyə, Çexiya və İsveçin adları yer alıb.
Qeyd edək ki, Azərbaycan Avropa çempionatının C qrupunun oyunlarına ev sahibliyi edəcək. Yığmamız Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri ilə mübarizə aparacaq.
Milli Gimnastika Arenasında keçiriləcək qrup mərhələsinin qarşılaşmaları avqustun 21-28-də baş tutacaq.