- Offside
- 22:49 07.07.2026
Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün püşkatma mərasiminin keçiriləcəyi tarix müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, yeni mövsümün təqvimini müəyyən edəcək püşkatma mərasimi iyulun 17-də saat 15:00-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək.