- Offside
- 22:49 07.07.2026
3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, sentyabrın 11-13-də Belçikanın Antverpen şəhərində keçiriləcək qitə birinciliyinin püşkatma mərasimi baş tutub.
Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi A qrupunda mübarizə aparacaq. Yığmamız bu mərhələdə Ukrayna və Niderland seçmələri ilə üz-üzə gələcək.
Qeyd edək ki, Antverpendə təşkil olunacaq Avropa Kuboku 3x3 basketbol mövsümünün ən nüfuzlu turnirlərindən biri hesab olunur.