22 avqust 2026. Şənbə

Novak Cokoviç Uimbldonun dörddəbir finalında ilk seti qazandı


  • Offside
  • 22:49 07.07.2026
  • Oxunma sayı: 104
Novak Cokoviç Uimbldonun dörddəbir finalında ilk seti qazandı

Uimbldon-2026 turnirinin dörddəbir finalında serbiyalı tennisçi Novak Cokoviç ilk setdə kanadalı Feliks Oje-Alyassimi məğlub edib.

90deqiqe.Az xəbər verir ki, "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi olan 39 yaşlı Cokoviç ilk seti gərgin mübarizədən sonra 7:6 (12:10) hesabı ilə aktivinə yazdırıb.

İlk set 1 saat 19 dəqiqə davam edib. Bu hissədə Cokoviç qazandığı üç qırılma fürsətindən yararlana bilməyib. Oje-Alyassim isə əldə etdiyi bir belə imkanı dəyərləndirə bilməyib.

Qeyd edək ki, bu görüşün qalibi Uimbldonun yarımfinalında dünya reytinqinin lideri və turnirin son çempionu olan italiyalı Yannik Sinnerlə qarşılaşacaq.







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın