- Offside
- 23:59 07.07.2026
Keçmiş məşhur futbolçu Zlatan İbrahimoviç Lionel Messinin oyununa heyranlığını ifadə edib.
90deqiqe.Az xəbər verir ki, "The Touchline" sabiq futbolçunun dediklərini bildirib.
"Messi əsl canavara çevrilmişdi və onu heç kim dayandıra bilmirdi. O, fasiləsiz irəli gedirdi. Biz onu məhz belə görməyə öyrəşmişik. Unutmayaq ki, o, artıq dünya çempionu olub. Onun saysız-hesabsız titulları, "Qızıl top" mükafatları və digər uğurları var. Karyerasına baxın – hər şey mükəmməldir. Buna baxmayaraq, o, hələ də daha çoxunu qazanmaq istəyir", – deyə İbrahimoviç bildirib.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının 1/8 final mərhələsində Misiri 3:2 hesabı ilə məğlub edib. Cənubi Amerika təmsilçisi görüş zamanı 0:2 hesabı ilə geridə olsa da, geri dönüş etməyi bacarıb. Matçda Lionel Messi bir qol vurub və bir məhsuldar ötürmə verib.
Argentina millisi dünya çempionatının dörddəbir finalında İsveçrə – Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.