- Offside
- 19:08 08.07.2026
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Cənubi Koreyada keçirilən Açıq Çelenc Turnirini gümüş medalla başa vurub.
90deqiqe.Az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
58 kq çəki dərəcəsində çıxış edən idmançı finala qədər inamlı çıxışı ilə diqqət çəkib.
Sabir Zeynalov həlledici görüşdə Türkiyə təmsilçisi Ali Can Özcanla üz-üzə gəlib və rəqibinə məğlub olaraq yarışı ikinci pillədə başa vurub.
Milli üzvü finala gedən yolda 1/8 finalda rusiyalı Timur Baitimirovu, 1/4 finalda monqolustanlı Tyemirbyek Khaulyeti, yarımfinalda isə özbəkistanlı Fayoz Valijonovu məğlub edib.
Qeyd edək ki, Çxunçxon şəhərində keçirilən turnirdə qazanılan nəticələr Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına vəsiqə uğrunda reytinq xallarının hesablanmasına təsir göstərir.