- Offside
- 19:08 08.07.2026
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Bildirilib ki, Kəmalə Əsgərova İtaliyada keçirilən 18 yaşadək oğlan voleybolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edir.
Qeyd edək ki, iyulun 7-də start götürən qitə birinciliyi ayın 18-dək davam edəcək.