- Offside
- 19:08 08.07.2026
Azərbaycan çempionu "Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.
90deqiqe.Az xəbər verir ki, turnirin püşkatma mərasimindən sonra Bakı təmsilçisinin A qrupunda mübarizə aparacağı komandalar müəyyənləşib.
Püşkün nəticəsinə əsasən, "Sabah" Türkiyənin "Trabzonspor", Fransanın "Nanter 92" və Litvanın "Ritas" klubları ilə eyni qrupa düşüb.
Qeyd edək ki, FIBA Çempionlar Liqasının əsas mərhələsinə oktyabrın 6-da start veriləcək. Qrup qalibi birbaşa ən güclü 16 komanda sırasına yüksələcək. İkinci və üçüncü yeri tutacaq kollektivlər isə "play-in" mərhələsində digər qrupların müvafiq təmsilçiləri ilə iki qələbəyədək davam edəcək seriyada mübarizə aparacaqlar.