- Offside
- 19:57 09.07.2026
Azərbaycanın çimərlik futbolu üzrə millisi Gürcüstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, Batumi şəhərində Gürcüstan yığması ilə üz-üzə gələn millimiz rəqibini 6:0 hesabı ilə darmadağın edib.
Qələbəyə Orxan Məmmədovun het-triki, Elşad Manafovun dubli və Sahib Məmmədovun bir qolu töhfə verib.
Komandalar arasında ikinci yoldaşlıq görüşü iyulun 10-da keçiriləcək.
Qeyd edək ki, hər iki qarşılaşma iyulun 15-19-da baş tutacaq Avropa çempionatına hazırlıq məqsədi daşıyır.