- Offside
- 19:57 09.07.2026
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Serbiyanın paytaxtı Belqradda keçirilən Voleybol Millətlər Liqasında (VNL) mühüm vəzifə icra edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə AVF məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasının üzvü olan Vüsalə Kazımova turnirdə FIVB-nin tibbi nümayəndəsi (Medical Delegate) qismində fəaliyyət göstərəcək.
Azərbaycanlı mütəxəssis yarış müddətində tibbi xidmətlərin beynəlxalq standartlara uyğun təşkili, tibbi təminatın koordinasiyası və həyata keçirilməsinə nəzarət edəcək.
Qeyd edək ki, qadın komandalarının iştirakı ilə keçirilən yarış iyulun 12-də başa çatacaq. Kişilər arasında mübarizə isə iyulun 15-19-da təşkil olunacaq.