9 iyul 2026. Cümə axşamı

Azərbaycan beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq


  • Offside
  • 13:00 09.07.2026
  • Oxunma sayı: 37
Azərbaycan beynəlxalq reqatada 12 idmançı ilə təmsil olunacaq

Azərbaycan avarçəkənləri Gürcüstanın Poti şəhərində keçiriləcək akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqatada mübarizə aparacaqlar.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.

Yarışda ölkəmizi ümumilikdə 12 idmançı təmsil edəcək. Akademik avarçəkmə növündə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov və İsabala Dadaşzadə çıxış edəcəklər.

Kanoe yarışlarında Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov medal uğrunda mübarizə aparacaqlar.

Kayak növündə isə İvan Vorobyanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcəklər.







Offside