9 iyul 2026. Cümə axşamı

"Quba Open 2026" beynəlxalq şahmat festivalının tarixi açıqlanıb


  • Offside
  • 16:00 09.07.2026
  • Oxunma sayı: 40
"Quba Open 2026" beynəlxalq şahmat festivalının tarixi açıqlanıb

Qüdrət İsmayılovun xatirəsinə həsr olunan "Quba Open 2026" Beynəlxalq Şahmat Festivalı ikinci dəfə təşkil olunacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası (AŞF) məlumat yayıb.

Bildirilib ki, AŞF və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış sentyabrın 3-dən 10-dək Quba Olimpiya İdman Kompleksində baş tutacaq.

Festivalın ümumi mükafat fondu 24 420 manat təşkil edəcək.

Qeyd edək ki, turnir ölkənin şahmat təqvimində ənənəvi beynəlxalq yarışlardan biri kimi təşkil olunacaq.







Offside