9 iyul 2026. Cümə axşamı

Bakıda sərbəst piramida üzrə Avropa çempionatının açılışı keçirildi


  • Offside
  • 16:20 09.07.2026
  • Oxunma sayı: 38
Bakıda sərbəst piramida üzrə Avropa çempionatının açılışı keçirildi

Bakıda sərbəst piramida üzrə bilyard üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində təşkil olunan tədbir milli musiqi nömrələri və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatının ikinci dəfə Azərbaycanda keçirildiyini xatırladaraq, ölkəmizin son illər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etdiyini vurğulayıb.

Nazir bildirib ki, dövlət tərəfindən idmanın inkişafına hərtərəfli dəstək göstərilir və Bakının dünyanın idman paytaxtı seçilməsi bunun bariz nümunəsidir. Onun sözlərinə görə, bu cür nüfuzlu turnirlər ölkədə bilyardın inkişafına, eləcə də beynəlxalq idman əməkdaşlığının genişlənməsinə mühüm töhfə verir.

Avropa Piramida Federasiyasının və Latviya Bilyard Federasiyasının prezidenti Sergey Kolçov yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara təşəkkürünü bildirib. O, çempionatın canlı yayımlandığını və beynəlxalq qiymətləndirmə prosesinin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov isə yarışın ölkədə bu idman növünün inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, Avropanın aparıcı bilyardçılarının Bakıda mübarizə apardığını bildirib.

Rəsmi çıxışlardan sonra sərbəst piramida üzrə Avropa çempionatı açıq elan olunub.

Qeyd edək ki, turnir iyulun 12-dək davam edəcək.







Offside