- Offside
- 19:57 09.07.2026
Qolf üzrə Azərbaycan milli komandasının üzvləri Fransanın paytaxtı Parisdə keçirilən beynəlxalq turniri iki medalla başa vurublar.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Qolf Federasiyası məlumat yayıb.
Bildirilib ki, qrup formatında təşkil olunan yarışda Emin Rzayev və Tural Vəlizadə uğurlu çıxış edərək gümüş medala sahib olublar.
Fərdi mübarizədə də fərqlənən Emin Rzayev turniri üçüncü pillədə başa vuraraq bürünc mükafat qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri nüfuzlu beynəlxalq yarışdan ümumilikdə iki medalla geri dönüblər.