- Offside
- 23:27 09.07.2026
Uimbldon turnirində qadınların şəxsi yarışında finalın iştirakçıları müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, həlledici görüşdə Çexiyanı təmsil edən Karolina Muxova ilə Linda Noskova üz-üzə gələcəklər.
Yarımfinalda Karolina Muxova ABŞ təmsilçisi Koko Qoffu 6:2, 1:6, 7:6 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər yarımfinal görüşündə isə Linda Noskova Marta Kostyuku hər iki setdə 6:4 hesabı ilə üstələyərək final vəsiqəsini qazanıb.
Qeyd edək ki, Karolina Muxova ilə Linda Noskova arasında keçiriləcək final qarşılaşması iyulun 11-də baş tutacaq.