10 iyul 2026. Cümə

Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar


  • Offside
  • 13:30 10.07.2026
  • Oxunma sayı: 33
Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar

Almaniyanın Frankfurt şəhərində 19 yaşadək boksçular arasında keçiriləcək beynəlxalq turnirə iyulun 11-də start veriləcək.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, dörd gün davam edəcək yarışda milli komandamız da mübarizə aparacaq.

Oğlan boksçular arasında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov, Sübhan Babayev və Toğrul Quliyev (hər üçü 60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), Səftər Məmmədzadə və Məhəmməd Cəfərov (hər ikisi +90 kq) rinqə çıxacaqlar.

Qızların yarışında isə Banuçiçək Nəsirli (48 kq) və Gülər Hüseynova (51 kq) Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, turnirdə ölkəmizi hakim qismində Elxan Quliyev də təmsil edəcək.







Offside