- Offside
- 23:27 10.07.2026
Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" komandası Parisdə keçirilən Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub.
90deqiqe.Az xəbər verir ki, milli komanda final görüşündə ABŞ yığmasını 3:2 hesabı ilə məğlub edərək turnirin qızıl medallarına sahib çıxıb.
Bununla da Azərbaycan yığması tarixdə ilk dəfə təşkil olunan Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun ilk çempionu adını qazanıb.
Qeyd edək ki, Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku əqli məhdudiyyətli və əqli məhdudiyyəti olmayan idmançıların eyni komandada mübarizə apardığı beynəlxalq turnirdir. Yarışın qadınlar arasında keçirilən mübarizəsində ümumilikdə 12 milli komanda iştirak edib.
Turnirin əsas məqsədi əqli məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirmək, inklüziv idmanı inkişaf etdirmək, həmçinin futbol vasitəsilə bərabərlik və həmrəyliyi təşviq etməkdir.