10 iyul 2026. Cümə

"Turan" millimizin voleybolçusu ilə müqaviləni uzatdı


  • Offside
  • 17:50 10.07.2026
  • Oxunma sayı: 32
"Turan" millimizin voleybolçusu ilə müqaviləni uzatdı

Yeni mövsümdə Azərbaycanı voleybol üzrə Çempionlar Liqasında təmsil edəcək "Turan" heyətdə daha bir futbolçusunu saxlayıb.

90deqiqe.Az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan millisinin liberosu Yuliya Kərimova ilə yeni müqavilə imzalayıb.

Təcrübəli voleybolçu daha bir mövsüm "Turan"ın uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, "Turan" ötən mövsüm Azərbaycan Yüksək Liqasının çempionu olub və qarşıdakı mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.







Offside