11 iyul 2026. Şənbə

Makqreqor və Holloueyin döyüşü rəsmən təsdiqləndi


  • Offside
  • 22:59 10.07.2026
  • Oxunma sayı: 43
Makqreqor və Holloueyin döyüşü rəsmən təsdiqləndi

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor UFC 329 turniri öncəsi rəsmi çəkiölçmə mərasimini uğurla başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, irlandiyalı döyüşçü 77,33 kiloqram çəki göstərərək yarımorta çəki dərəcəsi üçün müəyyən olunan həddə uyğun gəlib. Bununla da onun Maks Holloueyə qarşı keçirəcəyi əsas döyüş rəsmən təsdiqlənib.

Amerikalı Maks Hollouey isə 77,11 kiloqram çəki göstərərək normaya sığıb. Bu, onun yarımorta çəki dərəcəsində ilk döyüşü olacaq. Hollouey bundan əvvəl yarımyüngül və yüngül çəki dərəcələrində çıxış edib.

Makqreqorla Hollouey arasında revanş görüşü iyulun 11-dən 12-nə keçən gecə ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək UFC 329 turnirinin əsas qarşılaşması olacaq.

Rəqiblər ilk dəfə 2013-cü ildə üz-üzə gəliblər. Həmin görüşdə Konor Makqreqor hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı.







Offside