- Offside
- 23:27 10.07.2026
İngiltərənin paytaxtı Londonda keçirilən mövsümün üçüncü Böyük Dəbilqə turniri olan Uimbldonda kişilərin fərdi yarışında finalçılar müəyyənləşib.
90deqiqe.Az-ın məlumatına görə, yarımfinal görüşündə dünya reytinqinin lideri Yannik Sinner 24qat Böyük Dəbilqə çempionu Novak Cokoviçi 6:4, 6:4, 6:4 hesabı ilə məğlub edərək finala yüksəlib.
Digər yarımfinal qarşılaşmasında isə Aleksandr Zverev Artur Ferini 7:6, 6:2, 6:4 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.
Beləliklə, Uimbldon turnirinin çempionu iyulun 12-də keçiriləcək Yannik Sinner – Aleksandr Zverev finalında müəyyənləşəcək.