- Offside
- 18:50 11.07.2026
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında Azərbaycan qadın güləşçisi Ruzanna Məmmədova tarixi uğura imza atıb.
90deqiqe.Az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Özdenur Özmezi 6:0 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
Bununla da Ruzanna Məmmədova U-20 yaş kateqoriyasında ardıcıl üçüncü dəfə Avropa çempionu olmaqla Azərbaycan güləşi tarixində bu uğura imza atan ilk qadın güləşçi kimi tarixə düşüb.
72 kiloqram çəki dərəcəsində mübarizə aparan Zəhra Kərimzadə isə bürünc medal uğrunda görüşdə Türkiyə təmsilçisi İlayda Çinə 9:11 hesabı ilə məğlub olub. O, yarışı beşinci pillədə başa vurub.