11 iyul 2026. Şənbə

"Bu klub qəlbimdə həmişə xüsusi yer tutacaq"


  • Offside
  • 13:21 11.07.2026
  • Oxunma sayı: 58
"Bu klub qəlbimdə həmişə xüsusi yer tutacaq"

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev "Neftçi" ilə yollarını ayırıb.

90deqiqe.Az  xəbər verir ki, 36 yaşlı basketbolçu ayrılığı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Hər gözəl hekayənin sonu olduğu kimi, mənim də "Neftçi" ilə yolum başa çatdı. Şərəflə daşıdığım, bütün varlığımı ona həsr etdiyim bu formanı böyük qürur və minnətdarlıqla iki mövsümdən sonra təhvil verirəm. İki il ərzində birlikdə sevindik, çətin günlərdən keçdik, unudulmaz xatirələr topladıq və ömürlük dostlar qazandıq. Bu ailənin bir hissəsi olmaq mənim üçün həmişə qürur mənbəyi olacaq", – deyə A.Həmzəyev bildirib.

Təcrübəli basketbolçu "Neftçi" rəhbərliyinə, məşqçilər korpusuna, komanda yoldaşlarına, klubun əməkdaşlarına və azarkeşlərə təşəkkürünü də ifadə edib.

"Sizin dəstəyiniz, inamınız və sevginiz mənim üçün həmişə əvəzsiz olub. "Neftçi" mənim üçün sadəcə klub deyil – bu, həyatımın ən əziz xatirələrinin yazıldığı xüsusi bir yerdir. Bu klub qəlbimdə həmişəlik xüsusi yer tutacaq", – deyə o qeyd edib.







Offside