- Offside
- 18:50 11.07.2026
UFC rəhbəri Dana Uayt irlandiyalı məşhur döyüşçü Konor Makqreqorun uzun fasilədən sonra geri dönüşü ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, Dana Uayt bildirib ki, iyulun 12-nə keçən gecə Maks Holloueyə qalib gələcəyi təqdirdə, Makqreqor idman tarixinin ən möhtəşəm dönüşlərindən birinə imza atmış olacaq.
"Konor idmanın ən böyük ulduzlarından biridir. Onu Tom Bredi, Maykl Cordan kimi əfsanələrlə müqayisə etmək olar. Hamı bu döyüşdən nə gözləyəcəyini bilmir. Onlar fərqli çəki dərəcəsində döyüşəcəklər və bu, hər şeyi dəyişir.
Konor beş il rəsmi döyüş keçirməyib. Bu müddətdə yaşadıqları da hamıya məlumdur. Əgər o, Maks Holloueyi məğlub etsə, bu, sadəcə səs-küy yaratmayacaq. Bu, idman tarixinin ən möhtəşəm geri dönüşlərindən biri olacaq. Buna heç bir şübhə yoxdur və insanlar da məhz bunu görmək istəyirlər", - deyə Dana Uayt bildirib.