- Offside
- 22:56 11.07.2026
Uimbldon turnirinin qadınların fərdi yarışında çempionun adına aydınlıq gəlib.
90deqiqe.Az-ın məlumatına görə, final görüşündə Karolina Muxovanı 6:2, 5:7, 6:3 hesabı ilə məğlub edən Linda Noskova karyerasında ilk dəfə "Böyük Dəbilqə" turnirinin qalibi olub.
İki çex tennisçinin qarşılaşdığı həlledici oyunda üstün oyun nümayiş etdirən 21 yaşlı Linda Noskova mövsümün üçüncü "Böyük Dəbilqə" turnirində çempionluq sevinci yaşayıb.