12 iyul 2026. Bazar günü

Azərbaycan millisi Avropa çempionatında Rumıniyanı məğlub etdi


  • Offside
  • 22:22 11.07.2026
  • Oxunma sayı: 56
Azərbaycan millisi Avropa çempionatında Rumıniyanı məğlub etdi

Azərbaycanın qadınlardan ibarət basketbol üzrə U-20 millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti qələbəsini qazanıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yığmamız 9-14-cü yerlər uğrunda təsnifat oyununda Rumıniya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 64:50 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Komanda turnirdə son oyununu iyulun 13-də keçirəcək. Millimiz Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi bu görüşdə qalib gələcəyi təqdirdə, Avropa çempionatını 10-cu pillədə başa vuracaq.







Offside