- Offside
- 22:56 11.07.2026
Azərbaycan atıcısı Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən Lapua Avropa Kubokunda qızıl medal qazanıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
Bildirilib ki, təcrübəli idmançı 25 metr məsafəyə atəşaçma növündə bütün rəqiblərini geridə qoyaraq yarışın qalibi olub.
Ruslan Lunyov təsnifat mərhələsini 583 xalla birinci pillədə başa vurub və turnirin qızıl medalına sahib çıxıb.